Alman ali məktəbləri digər ölkələrin ali məktəbləri ilə bir sıra əməkdaşlıqlara malikdirlər. Bu əməkdaşlıqlar tələbə və professorların arasında olan elmi mübadilə və həmçinin birgə elmi layihələrin həyata keçirilməsinə şərait yaradır. Buna baxmayaraq, elmin müxtəlif sahələrində yeni əməkdaşlıqların inkişaf etdirilməsi üçün hələ də geniş imkanlar var.

Alman universitetləri: Güclü tərəfdaş kimi

Almaniya cəlbedici təhsil məkanlarından biridir.  Alman ali məktəbləri xüsusilə  özünün innovasiya potensialı, ənənə zənginliyi və  təhsilin beynəlmilləşdirilməsinə olan diqqəti ilə beynəlxalq aləmdə tanınmış tərəfdaşdırlar.

Alman ali məktəb sistemi müxtəlifdir. Ümumilikdə 3 fərqli ali məktəb növü vardır: universitetlər, tətbiqi yönümlü ali məktəblər (Fachhochschule), incəsənət və musiqi ixtisasları üçün ali məktəblər. Ali məktəblərin əksəriyyəti ictimai vəsait hesabına maliyyələşdirilir və əyalətlərin nəzarətindədir. Daha ətraflı məlumatı Hochschulkompass.de (ingiliscə) Portalından əldə edə bilərsiniz.

Alman universitetləri ilə əməkdaşlıq yaratmağın mərhələləri

1-ci addım: Xarici ali məktəb tərəfindən əməkdaşlığın məqsədinin təyini

Birgə fəaliyyətin başlanğıcında önəmli olacaq məqsədlər təyin olunmalıdır:

  • Alman və xarici institut arasında birgə marağa səbəb olan və əməkdaşlıqda iştirak edəcək ixtisas sahələri
  •  Akademik səviyyə (tələbələr,  tədqiqat və / və ya tədris)
  • Arzuolunan məqsədlər. Məsələn,  xarici institutda tələbələrin / alman tədqiqatçılarının  sayının artması, alman ali məktəblərinin online platformalarından istifadə etməklə tədris planlarının genişləndirilməsi, birgə tədqiqat layihələri və s.
  • Ali məktəbin əlaqələri üzərində qurulmuş mövcud olan əməkdaşlıqlar kimi təməl, məsələn,  tələbə, tədqiqatçı, müəllimlərin tədqiqat səfərləri
  • Əməkdaşlığın həyata keçirilməsi üçün planlaşdırılmış müddət.

Sonda cəlbedici təklif təqdim etmək üçün çox vacibdir ki, məqsədləri birgə işləmək istədiyiniz hər ali məktəbə uyğunlaşdırasınız.

2-ci addım: Almaniyada potensial əməkdaşlıq tərəfdaşının müəyyənləşdirilməsi

Uyğun tərəfdaş axtarışı üçün müxtəlif imkanlar vardır. Məsələn, siz öz sahənizə uyğun gələn alman tədqiqatçılarını elmi qəzetlərdə, jurnalllarda məqalələrə görə axtara bilərsiniz. Çünki bunlar sizə ilk əlaqəni yarada bilərlər. Bundan başqa siz institutunuzda keçmiş DAAD təqaüdçülərini aşkar etməklə və ya alman ali məktəblərinin məzunlarının dəstəyi ilə Almaniyadakı alimlərlə birbaşa əlaqə yarada bilərsiniz.

Digər bir vasitə isə internet üzərindən axtarışdır. Məsələn,

  • Hochschulkompass: bütün dövlət və ya dövlət tərəfindən tanınan ali məktəblərdə təhsil imkanları, tədqiqat və beynəlxalq əməkdaşlıq barədə məlumat.
  • Research Explorer: Alman Tədqiqat Cəmiyyəti (DFG) və Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə Ali Məktəblər Rektorları Konfransının (HRK) birgə əməkdaşlığı ilə 23.000-dən çox alman ali məktəbləri və  qeyri-univeristet tədqiqat institutlarından ibarət tədqiqat kataloqu.
  • Study in Germany:  Almaniyanın Təhsil və Tədqiqat Nazirliyi (BMBF) və DAAD-nin təhsil imkanları haqqında informasiya portalı. Portal beynəlxalq tələbələr üçün nəzərdə tutulub.
  • Research in Germany: Almaniyada innovasiya və tədqiqatı dəstəkləyən məlumatlar.  Alman tədqiqat mühitinə baxış və bu sahədə maliyyə imkanları təklif edir.

3-cü addım: Alman universitetləri ilə əlaqə yaratma

  1. Beynəlxalq Əlaqələr Şöbəsində məsul şəxsin, əməkdaşlığa maraqlı olan tədqiqatçı/ alim və ya arzu olunan fakültə dekanının müəyyənləşdirməsi
  2. Alman və ya ingilis dilində institutu təqdim edən, alman tərəfdaşla əməkdaşlığa maraq və əməkdaşlıq məqsədlərini təsvir edən E-Mail
  3. Növbəti birgə fəaliyyətin planlaşdırılması qaydaları barədə əlaqələrin saxlanılması.

Maliyyə dəstəyi tapmaq

DAAD alman və xarici ali məktəblər arasında həm şəxsi, həm də institut səviyyəsində əməkdaşlığın yaradılması və dəstəklənməsi üçün çoxlu imkanlar təklif edir.

Ətraflı məlumat: daad.de-Projektförderdatenbank (yalnız almanca).