Aşağıdakı cədvəldə Azərbaycandan müraciət edən şəxslər üçün uyğun DAAD təqaüdlərini tərtib etmişik. DAAD tələbə, məzun və alimlər üçün maliyyə imkanları təklif edir. Hər bir təqaüd proqramı haqqında ətraflı məlumatı "Rəsmi elan" linkinə keçid etməklə əldə edə bilərsiniz. Digər suallarınız üçün Almaniyada təhsil və təqaüd bölməsində yerləşən tez-tez verilən suallar hissəsinə keçid edin və ya bizimlə əlaqə saxlayın.

Doktorantura və tədqiqat təqaüdləri

Təqaüd/Proqram Hədəf: Qısa təsvir Ödəniş Müddəti Database keçid linki (ingiliscə) Tələb olunan sənədlər
 Ali məktəb müəllimləri və alimlər üçün tədqiqat təqaüdü (bir qayda olaraq doktoranturanı bitirmiş şəxslər) hər hansı bir ali məktəbdə və ya tədqiqat institutunda işləyən ali məktəb müəllimi və ya alim Almaniyada ali məktəbdə və ya ali məktəbdən kənar tədqiqat institutlarında tədqiqat və iş layihəsinin maliyyələşdirilməsi - aylıq 2.000 € təqaüd
- səyahət xərcləri
 1-3 aylıq Rəsmi elan Checkliste
Razılıq məktubu haqqında (Betreuungszusage)
İncəsənət və memarlıq ixtisaslarını tədris edən ali məktəb müəllimləri üçün səfər təqaüdü
Aşağıdakı ixtisaslar üzrə ali məktəb müəllimləri
  • Memarlıq
  • Tətbiqi incəsənət, dizayn və film
  • Təsviri incəsənət (aktyorluq, rejisorluq, rəqs, xeoqrafiya və s.)
  • Musiqi
Almaniyada ali məktəbdə və ya ali məktəbdən kənar tədqiqat institutlarında tədqiqat və iş layihələrinin maliyyələşdirilməsi -  aylıq 2.000 € təqaüd
- səyahət xərcləri
 1-3 aylıq Rəsmi elan
Sabiq təqaüdçülər üçün yenidən dəvət təqaüdü 6 aydan çox maliyyələşdirilmiş DAAD tədqiqat və ya təhsil təqaüdçüləri Almaniyada ali məktəbdə və ya ali məktəbdən kənar tədqiqat institutlarında tədqiqat və iş layihələrinin maliyyələşdirilməsi -  aylıq 2.000 € təqaüd
- səyahət xərcləri
 1-3 aylıq Rəsmi elan Checkliste
Razılıq məktubu haqqında (Betreuungszusage)
Bir qrup xarici tələbələrin Almaniyaya təhsil səfəri Ali məktəb müəllimləri Müəllimin müşayiəti ilə ən çoxu 15 tələbədən ibarət qrupun təhsil səfərinin maliyyələşdirilməsi - hər günə görə nəfərə düşən ödəniş
- səyahət xərcləri
7-12 gün Rəsmi elan
Tədqiqat təqaüdü - İllik təqaüd Doktorantlar, təqaüdün başlanma müddətinədək magistr təhsilini bitirən gənc tədqiqatçılar və fəlsəfə doktorları Alman elmi rəhbərin razılığı ilə Almaniyada ali məktəbdə və ya ali məktəbdən kənar tədqiqat institutlarında tədqiqat layihəsinin maliyyələşdirilməsi - aylıq 1.000 € təqaüd
- sığorta xərcləri
- səyahət xərcləri
- ailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş
- əlavə ödəniş
7-10 aylıq Rəsmi elan Checkliste
Razılıq məktubu haqqında (Betreuungszusage)
Tədqiqat təqaüdü - Qısa müddətli təqaüd Doktorantlar, təqaüdün başlanma müddətinədək magistr təhsilini bitirən gənc tədqiqatçılar və fəlsəfə doktorları. Almaniyada təhsil alan doktorantlar müraciət edə bilməzlər. Alman elmi rəhbərin razılığı ilə Almaniyada ali məktəbdə və ya ali məktəbdən kənar tədqiqat institutlarında tədqiqat layihəsinin maliyyələşdirilməsi - aylıq 1.000 € təqaüd
- sığorta xərcləri
- səyahət xərcləri
1-6 aylıq Rəsmi elan Checkliste
Razılıq məktubu haqqında (Betreuungszusage)
Tədqiqat təqaüdü - Doktorantura Təqaüdün başlanma müddətinədək magistr təhsilini bitirən gənc tədqiqatçılar Almaniyada ali məktəbdə və ya ali məktəbdən kənar tədqiqat institutlarında doktorantura təhslinin maliyyələşdirilməsi - aylıq 1.000 € təqaüd
- sığorta xərcləri
- səyahət xərcləri
- ailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş
- əlavə ödəniş
maks. 4 illik Rəsmi elan Checkliste
Razılıq məktubu haqqında (Betreuungszusage)
Tədqiqat təqaüdü - Bi-National doktorantura Doktorantlar, təqaüdün başlanma müddətinədək magistr təhsilini bitirən gənc tədqiqatçılar Azərbaycanda və Almaniyada elmi rəhbər olmaqla Almaniyada ali məktəbdə və ya ali məktəbdən kənar tədqiqat institutlarında tədqiqatın müəyyən bir hissəsinin maliyyələşdirilməsi - aylıq 1.000 € təqaüd
- sığorta xərcləri
- səyahət xərcləri
- əlavə ödəniş
 maks. 2 illik Rəsmi elan Checkliste
Razılıq məktubu haqqında (Betreuungszusage)

 

Məzunlar üçün təqaüd proqramları

Təqaüd/Proqram Hədəf Qısa təsvir Ödəniş Müddəti Database keçid linki (ingiliscə) Tələb olunan sənədlər
İnkişaf siyasəti ilə bağlı ixtisaslar üçün master təqaüdü (EPOS) Ən azı iki illik iş təcrübəsi olan məzunlar Aşağıdakı siyahıda qeyd olunmuş proqramlara fərdi təqaüd: Siyahı - aylıq təqaüd
- sığorta xərcləri
- səyahət xərcləri
 1-3 il Rəsmi elan
Birbaşa seçdiyiniz universitetə müraciət edirsiniz.
ERP - iqtisadiyyat sahəsi üzrə master təqaüdü Təhsilinin sonuncu kursunda oxuyan tələbələr, ali məktəb məzunları Almaniyada ali məktəblərdə iqtisadiyyat üzrə master təhsilinin maliyyələşdirilməsi - aylıq 750 € təqaüd
- sığorta xərcləri
- səyahət xərcləri
- əlavə ödəniş
 18-24 ay Rəsmi elan Checkliste
Bütün ixtisas sahələri üzrə təhsil almış  məzunlar üçün master təqaüdü Təhsilinin sonuncu kursunda oxuyan tələbələr, ali məktəb məzunları Almaniyada ali məktəblərdə bütün ixtisaslar üzrə master təhsilinin maliyyələşdirilməsi - aylıq 750 € təqaüd
- sığorta xərcləri
- səyahət xərcləri
- ailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş
- əlavə ödəniş
 10-24 ay Rəsmi elan  Checkliste
İncəsənət, memarlıq dizayn və musiqi ixtisaslı məzunlar üçün master təqaüdü
Alman ali məktəbi ilə əlaqə saxlamış və razılıq məktubu olan aşağıdakı ixtisaslar üzrə məzunlar
Alman ali məktəblərində incəsənət, memarlıq dizayn və musiqi ixtisasları üzrə master təhsilinin maliyyələşdirilməsi - aylıq 750 € təqaüd
- sığorta xərcləri
- səyahət xərcləri
- ailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş
- əlavə ödəniş
 10-24 ay Rəsmi elan
Memarlıq
Tətbiqi incəsənət, dizayn və film
Təsviri incəsənət
Musiqi

 

Bakalavr və magistr tələbələri üçün təqaüd proqramı

Təqaüd/Proqram Hədəf: Qısa təsvir Ödəniş Müddət Database keçid linki Tələb olunan sənədlər
Almaniyada yay dil kursu təqaüdü bakalavr təhsilinin ilk və son kursunda oxumayan tələbələr, birinci kurs master tələbələri Almaniyada dil, ixtisas və ya ölkəşünaslıq kursunun maliyyələşdirilməsi birdəfəlik 1525 € (kurs seçimindən asılı olmayaraq) 3-4 həftə Rəsmi elan Checkliste
Kurswahl