Azərbaycan müstəqillik qazandıqdan sonra DAAD Azərbaycanda 1997-ci ildən yerli lektorluq kimi fəaliyyət göstərməyə başlamış və 2004-cü ildən Bakı Məlumat Mərkəzi olaraq DAAD dünya şəbəkəsinə daxil olmuşdur.

Alman Akademik Mübadilə Xidməti (DAAD) alman dövləti tərəfindən dəstəklənən alman ali məktəblərinin birgə qurumudur. DAAD beynəlxalq əməkdaşlıq sahəsində ən böyük maliyyələşdirici qurumlardan biridir.
Dünyada DAAD şəbəkəsi 60-dan artıq ölkədə 15 xarici nümayəndəlik, 56 məlumat mərkəzi və 500-dən artıq lektor və dil mütəxəssisləri ilə təmsil olunur. Azərbaycan müstəqillik qazandıqdan sonra DAAD Azərbaycanda 1997-ci ildən yerli lektorluq kimi fəaliyyət göstərməyə başlamış və 2004-cü ildən Bakı Məlumat Mərkəzi olaraq DAAD dünya şəbəkəsinə daxil olmuşdur.

DAAD Bakı Məlumat Mərkəzi :

  • Azərbaycan və Almaniya ali məktəbləri arasında əməkdaşlığı dəstəkləyir
  • Almaniyanın ali təhsil sistemi və tədqiqat mühiti haqqında ətraflı məlumat verir
  • Almaniyada təqaüdlü təhsil imkanları, DAAD təqaüdləri barədə məlumatlar verir
  • DAAD təqaüdlərinə sənəd qəbulu aparır
  • TestDaF, onSET və TestAS mərkəzidir
  • İl ərzində alman dilli tələbələr və müəllimlər üçün müxtəlif mövzularda seminarlar və yay məktəbləri təşkil edir
  • Azərbaycanda ali məktəblər, təhsil və tədqiqat mərkəzlərində məlumat tədbirləri keçirir və həmçinin sərgilərdə təmsil olunur
  • Sabiq DAAD təqaüdçüləri ilə əməkdaşlıq edir

Qeyd: DAAD Bakı Məlumat Mərkəzində iş imkanı

 

Hikmət Kamallı, Rəhbər v.m.i.e. (info@daad.az)

 

Mara Lisa Gezer, Lektor ADU (daad-lektorin@posteo.de)

Ehtiram Müzəffərli, Akademik müşavir (muzaffarli@daad.az)

 

 

Rusudan Abshilava, Alman dili mütəxəssisi (sprachen@daad.az)