Almaniyada təhsil sizin ən yaxşı qərarlarınızdan olması üçün çoxlu səbəblər vardır. Siz Avropanın digər ölkələri ilə müqayisədə daha sərfəli olan dünya şöhrətli Alman universitetlərdə oxuya bilərsiniz. Almaniyanın bir çox dövlət universitetlərində əksər proqramlar üzrə təhsil ödənişsizdir.

1. Almaniyada magistr təhsilini necə ala bilərəm?

Almaniyada magistr təhsilinə başlamaq üçün siz tələb olunan müəyyən şərtlərə cavab verməlisiniz. İlk öncə siz artıq bakalavr və ya ona bərabər olan ilk təhsilinizi bitirmiş olmalısınız. Azərbaycanda əldə etdiyiniz bakalavr diplomunun Almaniyada təhsil üçün keçərli olduğunu haqqında məlumatı Anabin portalından (yalnız almanca) əldə edin.

Almaniyada magistr təhsili ixtisasdan və universitetdən asılı olaraq 2-4 semestr davam edir.  Ali məktəblərin qəbul şərtləri ilə seçdiyiniz ali məktəbin rəsmi internet səhifəsində tanış ola bilərsiniz. Universitetlərə müraciət isə seçdiyiniz universitetin seçimindən asılı olaraq birbaşa və ya Uni-assist vasitəsilə həyata keçirilir.

2. Almaniyada hansı dildə magistr təhsili ala bilərəm?

Siz Almaniyada həm alman, həm də ingilis dilində təhsil ala bilərsiniz. Ali məktəblər sizin seçiminizdən asılı olaraq dil biliklərinizi təsdiq edən sertfikat tələb edirlər. Ali məktəbin dil tələbi ilə seçdiyiniz ali məktəbin rəsmi internet səhifəsində tanış ola bilərsiniz.

3. Təqaüd hesabına magistr təhsili ala bilərəmmi?

Magistr təhsilinizi maliyyələşdirmək üçün DAAD təqaüdündən yararlana bilərsiniz. DAAD master təhsili üçün müxtəlif təqaüdlər təklif edir. Siz bakalavr təhsilinizin son kursunda təhsil alarkən DAAD Master təqaüdünə müraciət edə bilərsiniz. Təqaüdlər barədə ətraflı məlumat