Studienkolleglərin ölkənizdəki akademik mədəniyyət üzərindən Alman akademik mədəniyyətinə çatmaqda kömək edən “körpü” kimi funksiyası vardır. Bununla da xarici tələbələr üçün hazırlıq kursları təklif olunur.

Studienkolleglər birbaşa buraxılış imtahanına (Feststellungsprüfung- FSP) hazırlayırlar ki, uğurla Studienkollegi bitirən məzunlar Almaniyadakı ali məktəblərə qəbul ola bilsinlər.
Həmçinin Studienkollegə getmədən də, FSP vermək mümkündür. Müxtəlif Studienkolleglər xarici namizədlər üçün imtahan təkilf edir. Burada Studienkolleglər ancaq imtahanlara deyil, həmçinin ümumilikdə Almaniyada uğurlu təhsilə hazırlayırlar.

Universitetlərdəki Studienkolleglər aşağıdakı müxtəlif kurs növlərini təklif edir:

M- Kurs – tibb, biologiya və əczaçılıq ixtisasları üzrə
T-Kurs – riyazi, elmi və texniki ixtisaslar üzrə
W-Kurs – iqtisadiyyat və sosial elmlər ixtisasları üzrə
G-Kurs – humanitar elmlər və ya alman dili ixtisaları üzrə
S -Kurs – dilşunaslıq ixtisasları üzrə

Tətbiqi yönümlü ali məktəblərdəki (Fachhochschulen) Studienkolleglər aşağıdakı müxtəlif kurs növlərini təklif edir:

TI-Kurs – texniki və mühəndislik ixtisasları üzrə
WW-Kurs – iqtisadiyyat ixtisasları üzrə
GD-Kurs – dizayn və  incəsənət ixtisasları üzrə
SW-Kurs – sosial və ictimai elm ixtisasları üzrə

Studienkolleglər iki semestr olmaqla adətən bir il davam edir. Yüksək nailiyyət əldə etməklə kurs müddətini bir semestr olaraq da qısaltmaq mümkündür. İki semestr ərzində əldə olunan nailiyyətlər qənaətbəxş olmadığı halda, qaydaya əsasən həmin semestr təkrarlanır. Adətən Studienkolleglər müraciətdən bir il sonra FSP ilə yekunlaşır.

Studienkollege müraciətlərin sayı boş yerlərin sayını artırır. Bunun üçün də siz Studienkollegdə müraciət etməli, adətən alman dili testi və eləcə də riyaziyyat testi verməlisiniz.

Studienkolleglərin müxtəlif qəbul prosedurları və müraciət tarixləri vardır. Bunun üçün ya birbaşa olaraq Studienkolleglərə, ya da seçiminizə uyğun Studienkolleglərin rəsmi səhifələrinə keçid etməyiniz vacibdir.

Studienkolleglərə müraciət üçün siz ən azından B1 alman dil sertifikatına sahib olmalısınız. Zəhmət olmasa tələb olunan dil biliyi ilə əlaqədar seçdiyiniz Studienkolleglərin tələblərinə diqqət yetirin.

Studienkolleg üçün ödəniş nə qədərdir?

Qaydaya əsasən dövlət tərəfindən təşkil olunan Studienkolleglər ödənişsizdir, lakin semestr üzrə Studienkollegdən asılı olaraq 100-400 Avro məbləğində semestr ödənişi (Semestrbeitrag) ödənilə bilər. Bundan əlavə siz sığortalanmış olmalı və tədris materialları xərclərinizi özünüz qarşılamalısınız.

Özəl Studienkolleglərin ödənişləri olduqca müxtəlifdir. Əksər hallarda ödənişə qeydiyyat, iştirak, eləcə də FSP daxildir ki, bu da ümumilikdə təqribən 4000 Avro təşkil edir.

Almaniyada yaşam xərcləri üçün orta hesabla təqribən 800 Avro hesablanmışdır. Qaydaya əsasən siz Studienkollegdə oxuduğunuz müddətdə işləyə bilmərsiniz, ən yaxşı halda tətillərdə bir az pul qazana bilərsiniz ki, bu da yaşamaq üçün kifayət etmir. Studienkollegdə oxuyanlar adətən təqaüd almırlar. Almaniyada yaşayışınız üçün siz maddi sığortalanmış olmalısınız.

Müraciət necə aparılır?

1.1 Studienkolleg üçün müraciət

Studienkolleglərin müxtəlif qəbul şərtləri və müraciət tarixləri vardır. Bunun üçün də ya birbaşa olaraq Studienkolleglərə, ya da seçiminizə uyğun Studienkolleglərin rəsmi veb səhifələrinə müraciət etməyiniz vacibdir. Bəzi Studienkolleglərə  abituriyentlər birbaşa, digərlərinə isə Uni-Assist vasitəsilə müraciət edə bilərlər.

Diqqət etmək lazımdır ki, Studienkollegə müraciət ümumiyyətlə mümkündürmü. Bu da mümkündür ki, ilk öncə universitetə müraciət edirsiniz və universitet sizə Studienkolleg təklif edir. Ümumilikdə FSP imtahanı ilə bütün universitetlərə müraciət etmək olar. Universitet tərəfindən təklif olunan bəzi Studienkolleglərdə isə bu mümkün deyildir. Bununlada siz yalnız FSP imtahanı verdiyiniz əyalətdə yerləşən universitetlərə müraciət edə bilərsiniz.

1.2 Təhsil yeri üçün müraciət

Müraciətlər Uni-assist vasitəsilə aparılır. Xarici tələbələr sənədlərini ora göndərir və göstərilən xidmət üçün ödəniş tələb olunur. Bununla da Uni-assist sənədlərinizi universitet üçün hazırlayır.