Almaniyada təhsilin sizin ən yaxşı qərarlarınızdan olması üçün çoxlu səbəblər vardır. Almaniyada 380-ə yaxın universitet və tətbiqi yönümlü ali məktəblər (Fachhoschulen) mövcuddur ki, özünün uzunmüddətli ənənəsi və yüksək akademik səviyyəsi ilə çox yaxşı nüfuza malikdir. Alman universitetləri texniki cəhətdən çox yaxşı təşkil olunmuş laboratoriyalarla yanaşı, həmçinin zəngin kitabxanaya malikdirlər.
Xərclər
Almaniyada əldə edəcəyiniz keyfiyyətli təhsil digər ölkələrlə müqayisədə çox sərfəlidir. Burada dövlət sektoruna aid olan əksər universitetlərdə bir çox ixtisaslar üzrə təhsil ödənişsizdir.
Siz aylıq xərciniz üçün təqribən 800 Avro hesablamalısınız ki, buraya qidalanma, qalma və sığorta xərcləri də daxildir. Hazırda Azərbaycan üzrə DAAD-nin bakalavr təhsili üçün təqaüd təklif etmədiyinə baxmayaraq Almaniyada təhsil almağa dəyər. Çünki siz digər ölkələrlə müqayisədə çox az xərclə yüksək təhsil ala bilərsiniz.
Tələblər
Prinsipcə alman universitetləri aşağıdakı şərtlərdən ən azı birini tələb edir:
- Əgər siz nə alman məktəbində oxumuş, nə də Abitur (Almaniyada buraxılış imtahanı) etmisinizsə, təhsilinizdən öncə bir il davam edən və adətən ödənişsiz olan hazırlıq kursu keçməlisiniz. Qeyd olunan hazırlıq kursu Studienkolleg adlanır. Studienkolleg haqqında burada (azərbaycanca) və Studienkollegs.de səhifəsində ətraflı məlumat əldə edə bilərsiniz.
- Bundan əlavə siz yüksək alman və ya ingilis dil biliklərinə sahib olmalısınız (alman dili üzrə C1 dil səviyyəsi). Bakalavr üzrə alman dilli proqramlar çoxluq təşkil edir. Siz həmçinin müəyyən ixtisaslar üzrə ingilis dilində də təhsil ala bilərsiniz.
Növbəti mərhələ:
- Aşağıda qeyd olunmuş axtarış səhifələri vasitəsilə Almaniyada bakalavr ixtitsasları barədə məlumat əldə edə bilərsiniz. Əgər sizi hər hansı bir proqram maraqlandırarsa, bu zaman universitetin tələblərinə uyğun olub olmadığınızı yoxlayın.
study-in-germany.de
hochschulkompass.de
daad.de/international-programmes
- Siz Almaniyada ali məktəbdən qəbul aldıqdan sonra təhsil vizası üçün müraciət edə bilərsiniz. Ətraflı məlumat üçün Almaniyanın Bakıdakı Səfirliyinə müraciət edin.
Əlavə məlumat
DAAD Azərbaycan
DAAD Bakı Məlumat Mərkəzi
Telefon: (+994 70) 493 28 31
E-Mail: infodaad.az
Facebook: DAAD Azərbaycan
Telefon məsləhət saatları:
Bazar ertəsi 10:00-12:00
Çərşənbə axşamı 10:00-12:00
Çərşənbə 10:00-12:00
Online məsləhət saatları:
Çərşənbə axşamı (öncədən info@daad.az maili ilə qeydiyyatdan keçərək) 15:00-16:30
Link: https://daad.reflact.com/oms/
* Qeyri-iş günlərində fəaliyyət göstərmirik
Məlumat Mərkəzində məsləhətlər dəqiq və həqiqi məlumatlara əsaslanır. Lakin məlumatların doğruluğuna dair heç bir məsuliyyət daşınmır.