Alman dilini öyrənmək üçün bir çox imkanlar mövcuddur. Alman dili xarici dil kimi Azərbaycanın istər dövlət, istərsə də özəl universitetlərində tədris olunur. Bunun üçün siz oxuduğunuz universitetlərə müraciət edərək maraqlana bilərsiniz ki, universitetinizdə həmçinin alman dili kursları təklif olunurmu? Bundan əlavə siz alman dili təklif edən dil kurslarına müraciət edərək alman dilini öyrənə bilərsiniz.

DAAD Azərbaycanda dil kursları təklif etmir və dil kursları ilə birgə fəaliyyət göstərmir.
Əgər siz tələbəsinizsə və alman dilinin təməl biliklərinə maliksinizsə, bu zaman DAAD-nin yay dil kursları təqaüdünə ərizə verə bilərsiniz. Bu yay aylarında Almaniyada dil, ixtisas və ölkəşünaslıq kursu keçmək üçün təqaüd proqramıdır. Təqaüd barədə ətraflı məlumat DAAD təqaüdləri bölməsində.

Alman Dili Tədrisi Mərkəzi Azərbaycan

Höte İnstitutu Gürcüstan həmçinin də Azərbaycan üçün cavabdehdlik daşıyır. Azərbaycanda Höte İnstitutunun tərəfdaşı Alman Dili Tədrisi Mərkəzidir. Alman Dili Tədrisi Mərkəzi alman dili ilə maraqlananlar - istər yeni başlayanlar, istərsə də alman dili bilikləri olan şəxslər üçün uyğun kurslar təklif edir. Dil kursları ilə yanaşı Alman Dili Tədrisi Mərkəzində beynəlxalq miqyasda tanınan Höte Sertifikat İmtahanları (A1, A2, B1, B2 və C1) keçirilir. Alman Dili Tədris Mərkəzi Azərbaycan TestDaF və onSET İmtahan Mərkəzidir.

Əlaqə məlumatları:

Alman Dili Tədrisi Mərkəzi Azərbaycan
Bəşir Səfəroğlu küçəsi 133, 1-ci mərtəbə
AZ1009, Bakı
Tel.  +99412 596 70 08; +99450 596 70 08;
E-ünvan: info@slz.az
Veb-səhifə: www.slz.az
Facebook: www.facebook.com/slz.baku/

Alman Oxu Zalı Bakı

Alman Oxu Zalı Höte İnstitutunun və Azərbaycan Dillər Universitetinin birgə layihəsidir. Siz Alman Oxu Zalı Bakıdan alman dilli kitablar, alman dilində müxtəlif bədii və sənədli filmlər, audio kitablar, alman dilində qəzet və jurnallardan yararlana bilərsiniz. Alman Oxu Zalının resurslarından hər kəs istifadə edə bilər və resuslardan istifadə ödənişsizdir.

Əlaqə məlumatları:

Alman Oxu Zalı Bakı,
c/o Azərbaycan Dillər Universiteti (Bina 3, Mərtəbə 4)
Təbriz küçəsi 81, Nərimanov
AZ1008, Bakı
Tel.  +99412 564 22 46;
E-ünvan: deutscher_lesesaal@yahoo.de
Facebook: www.facebook.com/Deutscher-Lesesaal-Baku-Alman-oxu-zal%C4%B1

onSET, TestDaF və TestAS dil imtahanları

Alman Dili Tədris Mərkəzində mütəmadi olaraq dünyada tanınan onSET, TestDaF və həmçinin TestAS dil imtahanlarını verə bilərsiniz.

onSET imtahanı ilə hər bir şəxs dil səviyyəsini onlayn tez, asan və dəqiq müəyyənləşdirə bilər.
DAAD təqaüdlərinə müraciət edən şəxslər üçün DAAD Azərbaycan tərəfindən həmçinin ödənişsiz onSET Alman dili imtahanı keçirilir. Müraciət qəbul olunarkən imtahan keçiriləcəyi gün müraciət edən şəxsə bildirilir.

TestDaF almaniyada təhsil almaq üçün alman dilini öyrənənlər və ya ümumilikdə alman dil bilikləri haqqında beynəlxalq sertifkata ehtiyacı olan şəxslər üçün dil imtahanıdır. TestDaF internet səhifəsində dünya üzrə imtahan günləri ilə tanış ola bilərsiniz.

TestAS xarici tələbələr üçün mərkəzi və standartlaşmış koqnitiv vərdişlərinin yoxlanılması imtahanıdır. Xaricdə təhsil ilə maraqlanan tələbələr üçün TestAS nəticəsi müraciətçilərin fərqlərini məlumatlandırır. Yaxşı TestAS nəticələri ilə Almaniyada təhsil yeri üçün şansınızı yaxşılaşdıra bilərsiniz.  Beləki, TestAS dil imtahanı deyil, o sizin ümumi koqnitiv bacarıqlarınızı yoxlayır. TestAS veb səhifəsində dünya üzrə imtahan günləri ilə tanış ola bilərsiniz.